» » Şagirdlər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti videotəlim keçirilib
 
 

Şagirdlər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti videotəlim keçirilib


Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən videotəlimə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin şagirdləri cəlb edilib.
Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.
Təlimə 15-dən çox məktəbli cəlb edilib. Mərkəzin əməkdaşı Zəhra İsmayılova tərəfindən məktəblilərə təlimin mahiyyəti və aktuallığı barədə məlumat verilib.
Təlimdə Maliyyə Tədris Mərkəzinin əməkdaşları İnci Səfərova və Vüsalə Babayeva tərəfindən qənaət vərdişlərinin formalaşması, məktəbli büdcəsinin səmərəli istifadəsi və maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib. İnteraktiv hissədə isə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası