» » Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlər davam edir
 
 

Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlər davam edir


Avqustun 19-da start verilən təlimlərin davamı olaraq 26 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi” ilə bağlı növbəti təlim keçirilib.
Dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssisin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Sonra Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədovun mövzu ilə bağlı geniş çıxışı dinlənilib. Sistemin iş prinsipi, sistemdə işləmə qaydaları barədə praktiki məlumat verilib. Bildirilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu günə qədər müvafiq mövzu ilə əlaqədar 29 təşkilatdan 49 mütəxəssis təlimlərdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası