» » Əməkdaşımız elmi ada layiq görülüb
 
 

Əməkdaşımız elmi ada layiq görülüb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Rusiya Təbiətşunaslıq Akademiyasının Prezidiumunun qərarı ilə Professor elmi adına layiq görülüb.

Qeyd edək ki, bu ünvan, fəlsəfə doktorluq dissertasiyasını müdafiə edən şəxslərə sosial-iqtisadi sahədə inkişafa təsir edən elmi-praktik işlərin görülməsi, təhsil müəssisələri üçün tədris fənn proqramlarının nəşr edilməsi, regionda innovativ proseslərin inkişafında fəal iştirak, eksperimental işlərin aparılması və yeni texnologiyaların tətbiqi sahəsində çalışmaları əsas götürülərək verilir.

Sevinc Cabbarovanın bu günə gədər 50-yə yaxın elmi əsəri, o çümlədən 1 monoqrafiyası, 2 kollektiv monoqrafiyası xaricdə (Ukrayna, Rusiya) işıq üzü görub, Yunanıstan, Rusiya və Türkiyədə keçirilən beynəlxalq konfranslarda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkiafı ilə bağlı mövzularında məruzələr ilə çıxış edib.





  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası