» » Təsərrüfathesablı dövlət müəssisələri üçün təlimlərə başlanılıb

 
Naxçıvanın İnkişafı və Müdafiə Fondu
 
Bank rekvizitləri

  Bank: Naxçıvanbank ASC
  Müxbir hesab: AZ18NABZ01350100000000090944
  VÖEN: 0200432771
  Kodu: 505152
  S.W.I.F.T BIK: NAXBAZ 22
  Hüquqi şəxsin adı: Naxçıvanın İnkişafı və Müdafiə Fondu
  Hesab nömrəsi: AZ21NAXB38090000028653000AZN
  VÖEN: 0200015011
 
 
Naxçıvanın İnkişafı və Müdafiə Fonduna köçürülən vəsaitlər
 
 

 
 
XƏBƏR BLOKU



 
 

Təsərrüfathesablı dövlət müəssisələri üçün təlimlərə başlanılıb


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktiki mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlim start götürüb. Sentyabr ayının 16-da başlanan təlimlərə bu sahə üzrə çalışan 12 maliyyə və mühasibatlıq mütəxəssisi cəlb olunub.
Təlimin məqsədi mühasibatlıq işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
3 moduldan ibarət olan təlimi Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Gündəliyə uyğun olaraq Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Mühasibat uçotunun beynəlxalq standartlarına uyğun olaraq memorial order formasında sintetik uçotun aparılması” mövzusunda maliyyə-təsərrüfat əməliyyatları üzrə sintetik uçotun aparılması qaydalarını praktik şəkildə izah edərək, kommersiya təşkilatlarında tətbiq edilən memorial order formalarının mahiyyətini açıqlayıb, debet və kredit üzrə dövriyyələrə uyğun olaraq tərtib olunan yığım cədvəlləri, “Baş kitab” və dövriyyə balansı haqqında slaydlar vasitəsilə məlumat verib.

Təlimin ikinci günündə Nazirliyin Dövlət aparatının və hüquq mühafizə orqanlarının maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Pərvin Cümşüdova tərəfindən “Kommersiya təşkilatlarında maliyyə hesabatlarının hazırlanma mərhələləri” mövzusunda maliyyə hesabatının məqsədi, elementləri, maliyyə bərabərliyinin mahiyyəti, ikili yazılış və maliyyə hesabatları formalarının hazırlanması mərhələlərinin ətraflı izahı nəzərdə tutulub.
Təlimin son günündə Naxçıvan Şəhər İcra Hakimiyyətinın sektor müdiri Elvin Əlimərdanov “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda məzuniyyətin növləri və müddətləri haqqında məlumat verərək, məzuniyyət vaxtı üçün əməkhaqqının ödənilməsi qaydalarına misallar üzərində aydınlıq gətirəcək.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilərək müvəffəqiyyət əldə etmiş iştirakçılara Mərkəzin sertifikatları təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti