» » Tələbələrlə görüş keçirilib
 
 

Tələbələrlə görüş keçirilib



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 30 sentyabr 2020-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib. Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin əməkdaşı Xəlil Vəlizadə “Dövlət idarəetmə strukturunun fəaliyyətinin maliyyə təminatının həyata keçirilməsi istiqamətləri” mövzusunda geniş məruzə edib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası