» » “Maliyyə həftəsi” layihəsi ilə bağlı təlim keçirilib
 
 

“Maliyyə həftəsi” layihəsi ilə bağlı təlim keçirilib


Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrə Maliyyə Nazirliyini tanıtmaqla onlarda müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır. Layihənin hədəf auditoriyası muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan və layihədə iştirakı könüllü olan tələbələrdir.
Qeyd edək ki, layihənin ilkin mərhələsində Maliyyə Tədris Mərkəzinin əməkdaşları həmin təhsil müəssisələrində olaraq layihə haqqında məlumat veriblər. Könüllü olaraq qeydiyyatdan keçmiş 43 tələbə Maliyyə Nazirliyinə dəvət olunaraq təlimə cəlb olunublar, təlimin sonunda isə test mərhələsi keçirilib. Test mərhələsinin sonunda hər təhsil müəssisəsindən ən yüksək nəticə göstərən 25 tələbə layihəyə cəlb olunub.
Layihənin ilk günü Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara layihənin mahiyyəti haqqında məlumat verib.
Proqrama uyğun olaraq Nazirlik Aparatının şöbələrinin və Nazirliyin strukturuna daxil olan bütün idarə rəhbərlərinin müvafiq strukturun fəaliyyəti və iş istiqamətləri barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Layihənin növbəti günlərində iştirakçılar Maliyyə Nazirliyiniin əməkdaşları Ramil Hüseynov və Pərvin Cümşüdova tərəfindən keçirilən iki saatlıq təlimə cəlb olunacaqlar və Nazirliyin Aparatında şöbələrin fəaliyyəti ilə praktiki olaraq tanış olacaqlar. Sonra test mərhələsi keçiriləcək və yüksək nəticə göstərərək uğur qazanmış iştirakçıların adları elan olunacaq.
Layihənin son günü qalib tələbələrə Maliyyə Tədris Mərkəzinin sertifikatları və hədiyyələr təqdim olunacaq.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası