» » İstilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub

 
Naxçıvanın İnkişafı və Müdafiə Fonduna köçürülən vəsaitlər
 
 

 
 
XƏBƏR BLOKU



 
 

İstilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub



İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Maliyyə Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət edilməsi Nazirliyə tapşırılıb.
Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrinin sayı və onların tələbatının müəyyən edildiyini bildirərək muxtar respublikada ardıcıl və sistemli aparılan tikinti quruculuq işləri nəticəsində az sayda müəssisə və təşkilatın qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunduğunu vurğulayıb.



Qeyd olunub ki, verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 20 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Təhsil, Səhiyyə və Mədəniyyət nazirliklərinin təklifləri nəzərə alınaraq istilik sistemi olmayan müəssisələrdə 2020-2021-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü təsdiq edilib. Müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin olunub. Həmçinin Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2020-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub.
Sonra istilik sistemi olmayan müəssisələrə mal-materiallar paylanılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti