» » “Maliyyəçi” jurnalının təqdimatı keçirilib.
 
 

“Maliyyəçi” jurnalının təqdimatı keçirilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yarandığı gündən etibarən muxtar respublikada fəaliyyət göstərən maliyyə - mühasibatlıq sahəsində çalışan işçilər üçün təlimlər, müsabiqələr təşkil edir, tədris vəsaitləri, buklet və braşuralar çap etdirir.
Maliyyə Nazirliyinin yaradılmasının 100 illik yubileyinə töhfə olaraq Mərkəzin əməkdaşları tərəfindən bir ilkə imza atılmış, rüblük “Maliyyəçi” elmi-praktiki və əyləncəli jurnalın dərc edilməsinə nail olunmuşdur. 5 noyabr 2020-ci il tarixində Nazirliyin strukturunda fəaliyyət göstərən şöbə, idarə müdirləri və digər əməkdaşların iştirakı ilə jurnalın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru jurnal haqqında ətraflı məlumat verib. Qeyd edib ki, jurnalın çap olunmasında məqsəd əsas oxucu kütləsi hesab edilən müxtəlif təşkilatların maliyyə və mühasibat işçilərini bu sahədə olan yeniliklərlə və Maliyyə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış etmək, onlarla sıx əlaqələr yaradaraq əməkdaşlığı genişləndirməkdən ibarətdir. 
Qeyd edilib ki, həm elmi, həm praktiki, həm də əyləncə xarakterli rubrikaların yer aldığı jurnal rüblük olaraq dərc edilir. Dörd bölmədən ibarət olan jurnalın elmi-praktiki bölməsində maliyyə və mühasibat sahəsi ilə bağlı elmi məqalələrin dərc edilməsi, Maliyyə Tədris Mərkəzində rüb ərzində keçirilmiş təlimlər, bu təlimləri əks etdirən  fotoşəkillər, nəşr olunmuş tədris materialları, elmi konfrans və digər fəaliyyətlər yer almışdır. “Əyləncə” rubrikasında öz əksini tapan maliyyə ilə bağlı məntiqi suallar və məşhur kəlamlar oxucuların şəxsi inkişafı, maliyyə yumorları isə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün faydalı hesab olunur. 

      
       Jurnalın ikinci nömrəsində “Təlimçilər”, “Əlamətdar tarixi günlər və bayramlar” və digər yeni bölmələrin dərc olunacağının nəzərdə tutulduğu da diqqətə çatdırılıb. Bununla yanaşı bildirilib ki, “Əlamətdar tarixi günlər və bayramlar” bölməsində ərazilərimizin işğaldan azad olunduğu günlərin qeyd edilməsi gələcək nömrələrin nəşri üçün böyük stimul yaradır.
Növbəti saylarda maliyyə və mühasibat işçiləri tərəfindən təqdim olunacaq məqalələrin jurnalda öz əksini tapacağı və birgə fəaliyyətin əldə olunmasına geniş şərait yaradacağı bildirilib.
Sonda iştirakçıların müzakirələri və jurnalın daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər dinlənilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası