» » Hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibat işçiləri üçün təlimlərə start verilib
 
 

Hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibat işçiləri üçün təlimlərə start verilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi,  müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.
Hazırda Maliyyə Tədris Mərkəzində hərbi və hüquq-mühafizə sahəsi üçün xüsusi olaraq hazırlanmış “Büdcə təşkilatlarında praktikimühasibatlıq” kursu keçirilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti, Naxçıvan Əlahiddə Sərhəd Diviziyası,  Mülki Müdafiə Alayı,  Dövlət Yanğın Təhlükəzliyi İdarəsi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində çalışan 17 nəfər maliyyə və mühasibatlıq mütəxəssisi yeni kursa cəlb olunmuşdur.
18-21 sentyabr 2018-ci il tarixlərində keçirilən kurs gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə davam etdirilib. Mərkəzin Tədris zalında keçirilən təkmilləşdirici kursda Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazırlanmasına dair mövzular üzrə məlumatlar əhatəli şəkildə kurs iştirakçılarının diqqətinə çatdırılmışdır.
Dörd gün,  12  tədris saatı şəklində təşkil olunan kursda praktiki məsələ və testlərin həllinə yer ayrılır, təlimçiləri tədris zamanı ekspertlər müşahidə edirki, bu da  öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir edir. Bundan əlavə iştirakçılara tədris prosesində və öz günlük işlərində faydalı ola biləcək təlim materialları təqdim olunurki, burada tədris olunan slayd materialları, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misallar öz əksini tapır. İştirakçıların maraqla dinlədiyi təlim praktik iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilir. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.
Maliyyə Tədris Mərkəzinin həyata keçirdiyi təlimlər muxtar respublikada büdcə təşkilatlarında ixtisaslı kadrların hazırlanması ilə maliyyə-mühasibatlıq işinin yüksək səviyyədə qurulmasına xidmət edərək ümumi maliyyə intizamının daha da gücləndirilməsinə öz töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası