» » Təkmilləşdirici təlimlər davam edir
 
 

Təkmilləşdirici təlimlər davam edir

25 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Maliyyə hesabatlarının tərtib olunmasının praktiki izahı” mövzusunda növbəti təlim keçirilib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.


Mərkəzin tədris zalında keçirilən təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların 12 nəfər mühasibat işçisi iştirak edib.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, aktuallığı və mahiyyəti barədə danışıb. O, qeyd edib ki, maliyyə hesabatlarıı istifadəçi üçün təqdim olunan zəruri informasiyaları özündə əks etdirdiyindən, onun düzgün və vaxtında tərtib edilməsi mühüm əhəmiyyətə malikdir.


Təlimçi-ekspert qismində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sektor müdiri – baş mühasibi Elvin Əlimərdanov təlim zamanı maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması, maliyyə hesabatlarının tərkibi və mahiyyəti haqqında məlumat verib. Eyni zamanda maliyyə hesabatlarının ayrı-ayrı növlərinin tərtib və təqdim olunma qaydaları praktik olaraq izah ediliib.
Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra yüksək nəticə əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası