» » Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 fevral 2021-ci il tarixində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin İqtisad və İdarəetmə fakültəsinin dekanı, Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdı. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın inkişafından danışan Əşrəf Ələkbərov elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə  Nazirliyi yanında Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət İdarəsinin əməkdaşı Təhminə Nağıyeva "Naxçıvan Muxtar Respublikasında Qiymətli metalların damğalanması və qiymətli daşların yoxlanılması qaydaları" mövzusunda geniş məruzə etmisdir.
Naxçıvan Muxtar Respublikası ərazisində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərindən ətraflı bəhs edilmiş və qiymətli metalların növləri, qiymətli metal tərkibli məmulatların əyarının müəyyən edilməsi, damğalanması, qiymətli daşların növlərinin müəyyən edilməsi prosesləri və bu zaman tətbiq edilən dövlət rüsumunun dərəcələri haqqında məlumat verilmişdir. Daha sonra idarənin labaratoriyasında həmin proseslərin həyata keçirilməsi üçün istifadə edilən cihazlar və onların iş prinsipləri diqqətə çatdırılmışdır.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası