Maliyyə Nazirliyində iclas olub


 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib.  Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, payız-qış mövsümündə diqqətdə saxlanılacaq birinci məsələ elektrik enerjisi və təbii qaz təchizatıdır. Çünki muxtar respublikada məskunlaşmanın artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı ilbəil artırır.
 Qeyd olunub ki, Ali Məclisin keçirdiyi müşavirədə də deyildiyi kimi, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimuma endirilməsi diqqətdə saxlanmalı, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilməli, qış mövsümündə əhalinin təbii qaza olan tələbatı düzgün müəyyənləşdirilməli, qaz təchizatı sistemi texniki baxışdan keçirilməlidir. Həmçinin texniki itki normalarının minimal həddə saxlanılmasına diqqət artırılmalı və qanunsuz istifadə hallarına yol verilməməli, nəzarət gücləndirilməli, işçilər müvafiq geyim və avadanlıqlarla təmin olunmalıdırlar.
 Vurğulanıb ki, payız-qış mövsümündə əsas diqqət yetirilən sahələrdən biri də kommunal-təsərrüfat sistemidir. Bütün yaşayış məntəqələrində mövsümə hazırlıq işləri çərçivəsində qazanxanalar saz vəziyyətə gətirilməli, onların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin edilməlidir. İctimai yaşayış binalarında mövsümi hazırlıq işləri görülməli, yolların qar və buzdan təmizlənməsi üçün kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir.
 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda enerjidən istifadə zamanı qənaət tədbirləri çərçivəsində limitlərin müəyyən olunmasının zəruriliyini bildirən maliyyə naziri xərclərin maliyyələşdirilməsi zamanı israfçılığın qarşısının alınması, limitlər daxilində səmərəli maliyyələşdirilmənin təmin edilməsi, eyni zamanda, limitlərə elektron nəzarətin tədbiq olunması istiqamətində aparılan işlərin yekunlaşması barədə tapşırıqlar verilib


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası