» » Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

      

    30 noyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Sərəncamları əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov adı çəkilən Sərəncamların önəmini vurğulayaraq hamilik tədbirlərinin tələbələrin həm nəzəri, həm də təcrübi biliklərinə müsbət təsirini qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Azad Əliyev və Qafar Quliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı xəzinə sisteminin mərhələli inkişafından söhbət açılıb, ilkin xəzinə sənədləri, xərc əməliyyatlarının aparılması mərhələləri, daxilolmaların uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi haqqında tələbələrə geniş məlumat verilib.
      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
 
                                                                                                Naxçıvan Muxtar Respublikası Maliyyə 
                                                                                                Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası