» » Maliyyə Nazirliyinin kollektivindən Şada kəndində xidmət edən hərbçilərə bayram sovqatı
 
 

Maliyyə Nazirliyinin kollektivindən Şada kəndində xidmət edən hərbçilərə bayram sovqatı


Şada kəndində xidmət edən əsgərlərlə görüş zamanı maliyyə naziri Rafael Əliyev əsası ulu öndərimiz tərəfindən Naxçıvanda qoyulan həmrəylik və ordu quruculuğu siyasətinin bu gün ölkəmizdə uğurla davam etdirildiyindən danışıb.
Qeyd olunub ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı ildən-ilə güclənir. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi qələbədə Naxçıvan hərbçiləri də böyük şücaət göstəriblər. 
Maliyyə naziri bayramlar münasibətilə şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Hərbi hissənin zabiti Çingiz Hüseynov şəxsi heyət adından minnətdarlıq edib.
Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası