» » Əməkdaşlarımıza mükafatlar təqdim olunub
 
 

Əməkdaşlarımıza mükafatlar təqdim olunub


Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai və yaradıcı mühitində fərqlənən istedadlı yeniyetmə və gənclərlə görüş keçirilib, ilin fəalları və uğurlu nəticələr qazanan idmançılar mükafatlandırılıblar.
Bu münasibətlə keçirilən tədbirdə müxtəlif sahələr üzrə fərqlənən 30 nəfər yeniyetmə və gənc təltif olunub. Təltif olunanlar arasında Maliyyə Nazirliyinin əməkdaşları da olub. Nazırliyin əməkdaşı Xəlil Vəlizadə “ İctimai işlərdə fəal olan istedadlı gənc”, Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova isə “Gənclərlə iş sahəsində fəal əməkdaşlığa” görə nominasiyaları üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, Mərkəz 2021-ci il fəaliyyət dövründə yalnız mühasiblərlə deyil, gənclər, gənc könüllülər və gənc dövlət qulluqçuları ilə layihələr həyata keçirib və bu layihələrə 500 -dən artıq gənc cəlb olunub, 92 nəfərə isə mərkəzin sertifikatları təqdim olunub.
Biz də əməkdaşlarımızı təbrik edir və onlara işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Naxçıvan Muxtar Respublikası
Maliyy
ə Nazirliyinin Mətbuat Xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası