Maarifləndirici tədbir keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində sığorta növlərinin icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Maliyyə Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Ramin Məmmədov açıb.
Tədbirdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin əməkdaşları Vüsal Ağayev, Zeynəb Babayeva və Amil Məmmədov çıxış edərək avtomobil nəqliyyatı vasitələrinin tam sığortası, daşınmaz əmlakın icbari sığortası, aqrar sığorta, fərdi qəza sığortası və fiziki şəxslərə məxsus olan əmlakların, heyvanların sığortası haqqında ətraflı məlumat veriblər.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb, sığorta növlərinə dair 200 buklet və broşür tədbir iştirakçılarına paylanılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası