» » Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

           
    
     Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının tələbələri ilə görüşü keçirilib.
Tədbiri Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.
    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Anar Həsənovun mühasibat uçotunun mahiyyəti, əsas məqsədi, vəzifələri, və metodu haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib. Bildirilib ki, mühasibat uçotunun qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
Məruzəçi mühasibatlıq nədir, smeta və xərclərin hesablanması, ehtiyat fondlarının qeydiyyatının aparılması, əməkhaqqı, onun hüquqi tərəfləri, hesablanma qaydası barədə məlumat verib. Qeyd edilib ki, tarif dərəcəsi, əməkhaqqına əlavələr və mükafatlar düzgün hesablanmalı, qanunvericiliyə əsasən tənzimlənməlidir. Görüşdə həmçinin əməkhaqqından işçi və müəssisə tərəfindən ödənilən ödəmələr, vergilər haqqında məlumat verilib. Məzuniyyət hüququ və bu hüququn təminatından danışan məruzəçi bildirib ki, məzuniyyətin əmək, təhsil və yaradıcılıq, sosial, ödənişsiz olmaq üzrə bir neçə növü var. Bunların hər biri qanuni olaraq işçinin hüququdur və təmin olunmalıdır. Keçirilən tədbirdə həmçinin əməkhaqqı cədvəli, bank sənədi haqqında da məlumat verilib. 
   Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası