» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tələbələrlə görüş keçirib
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tələbələrlə görüş keçirib


     29  sentyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin ”Mühasibat uçotu və audit” ixtisası və Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Sonra  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı Pərvin Cümşüdova tərəfindən “Dövlət idarəetmə strukturunun fəaliyyətinin maliyyə təminatının həyata keçirilməsi istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə ətraflı izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.
      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası