» » “Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib

   

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları 28 sentyabr 2022-ci il tarixində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan “İdarəetmə” fakültəsinin dekanı Tural Məmmədzadə bildirib ki, tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilir, onlar hamiliyə verilmiş təşkilatlar və tabeli qurumların fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil olunur.
Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq “Naxçıvan” Universitetində keçirdikləri elmi-praktik tədbirlər, müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı Pərvin Cümşüdova tərəfindən “Dövlət idarəetmə strukturunun fəaliyyətinin maliyyə təminatının həyata keçirilməsi istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.
      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası