» » Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib


     11 oktyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
    Görüş zamanı Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı Kərim Nəcəfovun təqdimatında “Büdcə sistemi, dövlət büdcəsinin xərc istiqamətləri və onların maliyyələşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. Təqdimat zamanı büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, 2022-ci ilin icmal büdcəsi, dövlət büdcəsinin strukturu və vahid büdcə təsnifatı tələbələrə ətraflı izah olunmuşdur.
     Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası