» » Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə açıq dərs keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə açıq dərs keçirilib


22 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  Naxçıvan Dövlət Texniki Kollecinin II kurs “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Kollecin direktoru Asəf Ruşanov çıxış edərək hamiliyə verilmiş ixtisaslarla bağlı görülən işlərdən bəhs edib, bu sahədə qazanılan uğurlardan danışıb. Direktor bildirib ki, belə açıq dərslərin keçirilməsi tələbələrin kadr hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə kollec arasında bu sahədə səmərəli əməkdaşlıq aparılır, tədbirlər planının icrası hər zaman diqqətdə saxlanılır.
Sonra Nazirliyin əməkdaşı Ülvi Cəfərov tərəfindən açıq dərs keçirilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.







  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası