» » Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib
 
 

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib


29 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələrlə növbəti görüşü olub. Görüşdə “İdarəetmə” fakültəsinin dekanı Tural Məmmədzadə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası məqsədilə universitetin  hər il öz iş planına tələbələrin hamiliyi ilə bağlı bənd daxil edildiyini və onlarla görüşlər keçirildiyini bildirib. “Xəzinədarlığın fəaliyyət istiqamətləri və xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Ülvi Cəfərovun məruzəsi dinlənilib. Ü. Cəfərov mövzu ilə bağlı tələbələrə geniş və əhatəli məlumat verib. Mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası