» » Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib


28 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin  II kurs “Mühasibat“ ixtisasında təhsil alan tələbələri ilə növbəti görüşü keçirilib.
Görüşdə universitetin əməkdaşı çıxış edərək hamiliyə verilmiş ixtisaslarla bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, bu sahədə qazanılan uğurlardan bəhs edib. Bildirilib ki, belə açıq dərslərin keçirilməsi tələbələrin kadr hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında bu sahədə səmərəli əməkdaşlıq aparılır, tədbirlər planının icrası hər zaman diqqətdə saxlanılır.
“Xəzinədarlığın fəaliyyət istiqamətləri və xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Ülvi Cəfərovun məruzəsi dinlənilib. Ü. Cəfərov mövzu ilə bağlı tələbələrə geniş və əhatəli məlumat verib. Mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası