» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olublar
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olublar

Maliyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin nümayəndə heyəti 15 – 18 oktyabr tarixləri arasında Avstriyanın paytaxtı Vyanada və Ştiriya Əyalətinin Qrats şəhərində bir sıra görüşlər keçiriblər.
Səfərdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulov, Büdcə şöbəsinin müdiri Aləm Bağırov, Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova və Nazirlik Aparatının aparıcı məsləhətçisi Qənbər Xudiyev heyətin tərkibində təmsil olunublar.
15 – 16 oktyabrda Vyana şəhərində Avstriya Federal Maliyyə Nazirliyində geniştərkibligörüşdə nazir müavini – Büdcə və Maliyyə Planlaşdırması Baş İdarəsinin rəisi FrederikeŞvarzendorferinrəhbərlik etdiyi heyətlə Avstriya Respublikasının Mərkəzi büdcəsiyləəyalət büdcələri arasında münasibətlərin qurulması mexanizmi ətrafındamüzakirələr aparılmışdır. İclasın gedişində muxtar respublikanın da müvafiq sahə üzrə iş prinsipləri barədə danışılıb və təcrübə mübadiləsinin gələcək iş prosesinə müsbət təsirlərindən bəhs edilib.
Nümayəndə heyəti Avstriya Respublikasının Ştiriya Əyalətinin paytaxtı Qrats şəhərində olmuş, burada maliyyə naziri Səbuhi Məmmədov ilə  əyalətin maliyyə, nəqliyyat və  energetika üzrə naziriAntonLanqın ikitərəfli görüşü keçirilmişdir. Qarşılıqlı maraq doğuran sahələrdə fikir mübadiləsi aparılmış görüşdə əsas müzakirə mövzuları Ştiriya Əyalətində yerli büdcənin tərtibi, gəlir və xərclərin müəyyənləşdirilməsi metodologiyası və Mərkəzi büdcə ilə iş prinsipləri olmuşdur. Oxşar metodologiyanın mövcudluğu ilə yanaşı fərqlilik təşkil edən sahələr barədə də danışılmış və hər birinin özünə xas üstünlükləriqarşılıqlı tədqiq istiqamətinə çevrilmişdir.
Daha bir görüş Ştiriya Əyalətinin Maliyyə İdarəsinin rəisi KlemensMunqenastvə müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçirilmişdir. Görüş çərçivəsində heyətlər tərəfindən müxtəlifistiqamətlər üzrə müzakirələr aparmış, iş prinsipləri qarşılıqlı təhlil olunmuşdur. Təcrübələrin öyrənilməsiylə mövcud iş mexanizminin təkmilləşdirilməsinə yönəldilən danışıqlar, bələdiyyələrə və kommunal təşkilatlara ayrılan vəsait və dotasiyaların müəyyənləşdirilməsi mexanizmi, büdcədən maliyyələşən və dotasiya alan təşkilatlarda nəzarət tədbirlərinin aparılması kimi spesifik sahələri əhatə etmişdir. Öz xarakteri etibarilə kifayət qədər məhsuldar olan görüş yeni iş mexanizminin öyrənilməsi ilə maliyyə idarəetməsinin yeni bir mərhələyə yüksəlməsində xüsusi rola malik olacaq.
Beynəlxalq təcrübəsinin öyrənilməsi istiqamətində kifayət qədər əhəmiyyətli rola malik olan görüşlərin keçirilməsi daha intizamlı və təkmil maliyyə sisteminin qurulmasına, büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə və muxtar respublika dövlət büdcəsinin gəlir və xərclərinin planlaşdırılması prosesinin daha da təkmil şəkildə aparılmasına zəmin yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mətbuat Xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası