» » Mənzil-kommunal təsərrüfatı müəssisələrində çalışan maliyyə və mühasibat işçiləri üçün təkmilləşdirici kurslar keçiriləcəkdir
 
 

Mənzil-kommunal təsərrüfatı müəssisələrində çalışan maliyyə və mühasibat işçiləri üçün təkmilləşdirici kurslar keçiriləcəkdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 5-8 noyabr  2018-ci il tarixlərində keçiriləcəkdir.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçiriləcək kursa Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 mənzil – kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilmişdir. Keçiriləcək 4 günlük  kursda mənzil – kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilmə istiqamətləri, kommunal sahəsində mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, kommunal sahəsində vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot  kimi mövzular üzrə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.

Təlim gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən davam etdiriləcəkdir. Nəzərinizə çatdırılır ki, kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilir.

Maliyyə Nazirliyinin Mətbuat Xidməti



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası