» » Əmtəəlik qızılın növbəti partiyası qəbul edilib
 
 

Əmtəəlik qızılın növbəti partiyası qəbul edilib

Gədəbəy qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 02 noyabr 2018-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası