» » Maliyyə Tədris Mərkəzində növbəti kurs keçiriləcəkdir
 
 

Maliyyə Tədris Mərkəzində növbəti kurs keçiriləcəkdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 27-30 noyabr 2018-ci il tarixlərində səhiyyə sahəsində çalışan mühasiblər üçün növbəti “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” adlı  təkmilləşdirici kurs keçiriləcəkdir.
Kursun məqsədi büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu haqqında iştirakçıları məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçirilən növbəti kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibatlıq işcisi dəvət olunmuşdur. Sayca 12-ci olan  təlim  gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən davam etdiriləcəkdir.
Dörd gün, 12 tədris saatı təşkil olunmuş kursda iştirakçılara tədris prosesində, eləcə də, gündəlik və gələcək işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunacaq.
Kursun sonunda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası