» » Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
 
 

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirəni maliyyə naziri Səbuhi Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev çıxış edərək bildirib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin də qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan malmaterialların alınması üçün lazımi maliyyə vəsaitinin ayrılması, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamaq tapşırılıb.
Qeyd olunub ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrində 2018-2019-cu illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü” təsdiq edilib. Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2018-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub.
Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası Maliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılmaqla debitor-kreditor borcların yaranmaması üçün kommunal xidmətlərin haqqının ödənilməsi və mal-materialın alınması ilə bağlı maliyyələşmələr vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə əsasən alınacaq mal-materialların qiymətlərinin bazaar qiymətlərinə uyğunluğu nazirliyin Xəzinə şöbəsinin dövlət satınalmalarına nəzarət sektoru tərəfindən ciddi nəzarətdə saxlanılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası