» » Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb
 
 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin I kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.
Görüş zamanı İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin aparıcı məsləhətçisi Yaqub Məmmədovun “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzə zamanı yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat verilmiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsi tələbələrin diqqətinə çatdırılmışdır.
Sonra Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası, icrasına nəzarət haqqında tələbələrə geniş məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası