» » Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi təsdiq edilib
 
 

Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi təsdiq edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Tərkibi aşağıdakı kimi təsdiq edilib:


1. Əli Həsənov- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri;
2. Cəlil Rüstəmov- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
3. Gözəl Şahməmmədova- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri;
4. İsmayıl Qəribli- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri;
5. Əhliman Xıdırov- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi;
6. Sənan Qarayev- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının hakimi;
7. Aytən Məmmədova- Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini;
8. Ayaz Məhərrəmov- Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qanunvericilik bölməsinin rəisi.

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası