» » Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlərə başlanılıb
 
 

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlərə başlanılıb

Təlimlər 7-11 yanvar tarixlərini əhatə edərək 5 gün ərzində gündə iki qrup şəklində təşkil olunur. Tədris planına əsasən təlimlər bütün nazirlik, komitə və təşkilatlarla birlikdə ümumilikdə 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə edəcək.
Təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova tərəfindən ümumi məlumat verilərək əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışılıb.
Vergi sahəsində edilən dəyişiklikləlrə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olmuş və dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.
Sosial sığorta və İşsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barəsində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənovun çıxışı dinlənilmiş, iştirakçılara geniş məlumat verilmişdir.
Təlimin sonunda iştirakçılara Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılmışdır.
Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası