» » Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
 
 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Saat 17.00-da bütün Azərbaycan Respublikasının ərazisində olduğu kimi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunub.
Sükütdan sonra Nazirliyin Aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək bildirib ki, ən qəddar, dəhşətli, kütləvi terror aktlarından biri hesab olunan Xocalı faciəsi zamanı erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayın şəxsi heyəti tərəfindən 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi xalqımızın qan yaddaşında əbədi qalacaq. Qeyd edib ki, mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi mənfur erməni xislətinin nəticəsi, bütövlükdə Azərbaycana qarşı yönəlmiş düşmənçilik və terror aktıdır. Tədbirdə fevralın 25-dən 26-na keçən gecə aparılan qanlı döyüşlərdən, bütöv bir şəhərin yerlə-yeksan edilməsindən, xocalıların insanlığa sığmayan vəhşiliklərlə kütləvi şəkildə qırğına məruz qaldıqlarından danışılıb.
Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın, faciə qurbanlarının xatirəsini yad etməyin, erməni vandalizminin mahiyyətinin, onların iç üzünü açmağın vacib olduğu vurğulanıb və bu istiqamətdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərə diqqət çəkilib. Erməni vəhşiliklərinin cavabsız qalmayacağı, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyi və işğalçıların layiqli cavablarını alacaqlarına əminlik bildirilib.
Daha sonra Xocalı soyqırımı haqqında hazırlanmış video materiallar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası