» » Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
TədbirNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov adı çəkilən Sərəncamın önəmini vurğulayaraq hamilik tədbirlərinin tələbələrin həm nəzəri, həm də təcrübi biliklərinə müsbət təsirini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov çıxış edərək Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında əməkdaşlığın inkişafının tələbələrin yüksək səviyyədə hazırlığı, kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətli olduğunu bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdir müavini Ülvi Cəfərovun və Xəzinə şöbəsinin baş məsləhətçisi Azad Əliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri”  mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı xəzinə sisteminin mərhələli inkişafından söhbət açılıb, ilkin xəzinə sənədləri, xərc əməliyyatlarının aparılması mərhələləri, daxilolmaların uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi haqqında tələbələrə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası