» » Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 28 fevral 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüşü keçirilib.
Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”Sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Fakültə dekanı adıçəkilən Sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin xəzinə əməliyyatı sektorunun müdiri Ülvi Cəfərovun “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi xəzinə əməliyyatlarının mahiyyətindən danışaraq dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarətin həyata keçirilməsindən ətraflı məlumat verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov adıçəkilən mövzu çərçivəsində çıxış edərək tələbələrə Xəzinədarlıq şöbəsinin normativ hüquqi sənədləri, Dövlət Xəzinədarlıq Agentliyinin əsasnaməsi haqqında geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası