» » Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib
 
 

Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim 29 mart tarixində keçirilmişdir. Bu təlimə muxtar respublikanın mədəniyyət sahəsində çalışan 15 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.
Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə umumi məlumat verib. Qeyd edilib ki, Qərara müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlıdır.
Təsnifatda edilmiş əlavə və dəyişikliklərlə büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının geniş və əhatəli təsnifləşdirilməsi barədə Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Elvin Nağıyevin çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib.
Dəyişikliyə müvafiq olaraq xərclərinin təsnifatı ilə bağlı Aparatın Büdcə şöbəsinin əməkdaşı Abbas Hüseynovun büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı, təsnifatın bəzi xərc bölmələrinin genişləndirilməsi, bir sıra köməkçi bölmələrin strukturunun dəyişdirilməsi və büdcə xərclərinin iqtisadi təsnifatının yenidən işlənilərək bölmələrin sayında edilən dəyişikliklər barədə geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası