
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının təfərrüatlı öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim 1 aprel 2019-cu il tarixdə keçirilb. Sayca 7-ci olan bu təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi üzrə, 4 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən və rayon icra hakimiyyətlərinin başçısı aparatından mühasiblər olmaqla ümumilikdə 15 nəfər maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər cəlb edilib.
Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə umumi məlumat verib.
Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Aqil Nəsirovun büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının geniş və əhatəli təsnifləşdirilməsi barədə çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib.
Dəyişikliyə müvafiq olaraq xərclərinin təsnifatı ilə bağlı büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı, təsnifatın bəzi xərc bölmələrinin genişləndirilməsi, bir sıra köməkçi bölmələrin strukturunun dəyişdirilməsi və büdcə xərclərinin iqtisadi təsnifatının yenidən işlənilərək bölmələrin sayında edilən dəyişikliklər barədə Aparatın Büdcə şöbəsinin əməkdaşı Orxan Abbasovun geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti