» » Ali təhsil ocağında tələbələrlə görüş keçirilib
 
 

Ali təhsil ocağında tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 28 mart 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin I kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibat uçotunun aparılması qaydaları” mövzusunda görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamın əhəmiyyətindən bəhs edib.
Sonra Nazirliyin Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun  mühasibat uçotunun mahiyyəti, əsas məqsədi, vəzifələri, və metodu haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib. Bildirilib ki,  mühasibat uçotu qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası