
Təlim 4 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Mədəniyyət Nazirliyi sistemində bu sahə üzrə fəaliyyət göstərən 14 mütəxəssis cəlb edilib.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Sonra təlimçi-ekspert qismində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Həsən İsmayılovun kargüzarlığın qanunvericiliyə uyğun təşkili ilə bağlı elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub. Sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və əlavələr edilməsi üçün ümumi tələblər diqqətə çatdırılıb.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti