» » Maliyyə Nazirliyində açıq dərs keçirilib
 
 

Maliyyə Nazirliyində açıq dərs keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu ixtisası üzrə II kurs tələbələri üçün açıq dərs keçirilib.
Nazirliyin Aparat rəhbəri Tural Şirəlizadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının mahiyyəti və əhəmiyyəti barədə geniş məlumat verib, Sərəncamın icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən “İdeyadan başlanğıca” layihəsi çərçivəsində tədbirlərin həyata keçirilməsinə başlanıldığını qeyd edib. Vurğulanıb ki, tələbələrlə intensiv görüşlərin keçirilməsi, aparılan təlimlər və bu sahədə həyata keçirilən digər tədbirlər innovativ layihələrin yaranmasında və hazırlanmasında istiqamətverici rol oynayır.
Sonra Nazirliyin Dövlət aparatının və hüquq-muhafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadənin “Pul vəsaitlərinin və maliyyə aktivlərinin uçotu” mövzusunda açıq dərsi dinlənilib. Açıq dərsdə mövzu ətraflı şərh olunaraq pul vəsaitlərinin mahiyyəti, onların yaranması mənbələri, düzgün istifadəsi və qorunması yolları izah olunub. Kassa və bank əməliyyatları qaydalarına düzgün riayət edilməsi, pul vəsaitlərinin hərəkətinin mühasibat uçotu registrlərində və sənədlərində nizama salınması qaydaları praktiki materiallardan istifadə edilməklə tələbələrə əyani olaraq çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.





  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası