» » “Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 23 aprel 2019-cu il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və II kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan II kurs tələbələri ilə görüşü keçirilib.
Universitetin İdarəetmə fakultəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək keçirilən görüşlərin tələbələrin praktiki biliklərinin artırılmasında və onların gələcəkdə mütəxəssis kimi formalaşmasında mühüm rolu olduğunu bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev “Kommunal xərclərin proqnozlaşdırılması və bu xərclərin maliyyələşdirilməsinə nəzarət” mövzusunda geniş məruzə edib. Məruzə zamanı aidiyyəti təşkilatların xərc smetalarının tərtibi və rüblük bölgüsünün hazırlanması, ştat cədvəllərinin, xərc smetalarının, mənzil və kommunal xidməti təşkilatlarında planlaşmaya dair məlumatın alınması, müvafiq sahələr üzrə büdcə proqnozunun hazırlanması, yerli maliyyə orqanlarından aylıq hesabatların alınması və alınmış məlumatlar əsasında xərclər smetasının icrasının təhlil edilməsi haqqında tələbələrə məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası