» » “Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda növbəti təlim keçirilib
 
 

“Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda növbəti təlim keçirilib


Təlim 25 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən 16, Fövqəladə Hallar Nazirliyindən 5, Gənclər və İdman Nazirliyindən 3 və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1 nəfər olmaqla ümumilikdə 25 nəfər  mütəxəssis cəlb edilib.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Həsən İsmayılovun kargüzarlığın qanunvericiliyə uyğun təşkili ilə bağlı elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub. Sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və əlavələr edilməsi üçün ümumi tələblər diqqətə çatdırılıb.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası