Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara məxsus ödəniş terminalları vasitəsilə vəsaitlərin ödənilməsi imkanı yaradılıb. Ölkə ərazisinin böyük əksəriyyətində quraşdırılan müvafiq terminallardan istifadə etməklə artıq vətəndaşlar asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə biləcəklər.
Xəbər verdiyimiz kimi, Fonda ödəniş edilməsi üçün terminalın əsas səhifəsindən “Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondu”u seçilir, sonra ödəyən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN-kodu müvafiq bölməyə daxil edilir və “irəli” sıxılır, növbəti ekranda mobil telefon nömrəsi daxil edilir və təkrar “irəli” sıxılır, açılan yeni ekranda ödənilməsi nəzərdə tutulan pulun daxil edilməsi gözlənilir, ödənilməsi nəzərdə tutulan vəsait terminalın pul qəbul bölməsinə yerləşdirilir, ekranda daxil edilən məbləğin görülməsindən əmin olduqdan sonra “ödə” sıxılır. Ödənişin qəbul olunmasına dair çap olunan çekdə, aidiyyəti bütün məlumatlar öz əksini tapır. Beləliklə şəxsin pasport məlumatlarına uyğun ödəniş həyata keçirilmiş olur.
Nəzərinizə çatdırırıq ki, xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulmaq istəyən ölkə vətəndaşlarının buna asan nail olmasıdır.

Martın 26-da Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı  https://covid19fundnmr.az  fəaliyyətə başlayıb.
Saytın yaradılmasında əsas məqsəd muxtar respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərlə bağlı ictimaiyyətin operativ məlumatlandırılmasıdır.
Saytda ianələr barədə məlumatlar mütəmadi olaraq yenilənir. Həmçinin ödəniş edən  hüquqi və fiziki şəxslərin adları, eyni zamanda vəsaitlərin ümumi həcmi ictimaiyyətə təqdim olunur.
Fondun saytında “İanə et” bölməsinin yaxın günlərdə aktivləşdirilməsi ilə onlayn ödənişlərin qəbul edilməsi də təmin ediləcəkdir. Bununla istənilən ünvandan könüllülərin ödəniş aksiyasına qoşulmasına şərait yaradılacaq.
Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

Təlim 12 mart 2020-ci il tarixində Maliyyə Nazirliyində Xəzinə şöbəsinin və Nazirliyin strukturuna daxil olan qurumların müvafiq əməkdaşlarının iştirakı ilə keçirilib. 1 gün müddətində təşkil olunmuş təlimə 18 əməkdaş cəlb edilib.

Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi tərəfindən 5 mart tarixindən icrasına başlanılan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlər davam etdirilir. Qısa zaman kəsiyində keçirilən təlimlər 68 büdcə təşkilatlarından 77 maliyyə -mühasibatlıq işçisini əhatə edib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində icbari tibbi sığortanın tətbiqi və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlərin keçirilməsinə başlanılıb.
Hazırlanan plan-qrafikə uyğun olaraq təlimlərə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aidiyyəti sahə üzrə çalışan işçiləri cəlb ediləcək.

1 ... 18 19 20 21 22 23 24 25 26 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası