Təlim 27 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin iclas zalında keçirilib. Təlimə Kollecdə təhsil alan 50-dən çox tələbə cəlb olunub.
Proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub.

3 günlük təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və dövlət büdcəsindən maliyyələşən digər təşkilatların 16 maliyyə-mühasibat işçisi iştirak edib.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Təlim 20 fevral 2020-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II və III kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Gəlirlərin planlaşdırılması və modelləşdirilməsi” mövzusunda təşkil olunub.
Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq qeyd etmişdir ki,  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan mütəxəssisləri və iştirak üçün qeydiyyatdan keçmiş şəxslər olmaqla ümumilikdə 24 nəfər iştirak edib. Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Təlim Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil edilib. Təlimdə qış məktəbinə cəlb edilən 54 nəfər tələbə iştirak edib.

Təlim Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən Babək rayonunda 2 nömrəli qəsəbə məktəbində təşkil edilib. Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

28 yanvar 2020-ci il tarixində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin başa çatması münasibətilə “Duzdağ” otelinin tədbirlər zalında bağlanış mərasimi keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və Assosiasiyanın layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.

1 ... 19 20 21 22 23 24 25 26 27 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası