Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirəni maliyyə naziri Səbuhi Məmmədov açıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə nazirliyin şöbə müdiri Vüsal Əsədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Rusiya Təbiətşunaslıq Akademiyasının Prezidiumunun qərarı ilə Professor elmi adına layiq görülüb.

5-7 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici kurs keçirilmişdir.


Təlimlər muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədini daşıyır.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, “Milli iqtisadiyyatın maliyyəsi” şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İlhamə Məmmədovanın hazırladığı "Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilmişdir.


Naxçıvan Biznes Mərkəzində “Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlim keçirilib.

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası