Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
Bu istiqamətdə 16 aprel 2019-cu il tarixdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim öz işinə başlayıb.
Dörd gün, 12 tədris saatı müddətində planlaşdırılan təlimə müxtəlif büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 24 mütəxəssis cəlb edilib.