• İstifadəçi adı:
  • Şifrə:
  


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Rusiya Təbiətşunaslıq Akademiyasının Prezidiumunun qərarı ilə Professor elmi adına layiq görülüb.

5-7 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici kurs keçirilmişdir.


Təlimlər muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədini daşıyır.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, “Milli iqtisadiyyatın maliyyəsi” şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İlhamə Məmmədovanın hazırladığı "Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilmişdir.


Naxçıvan Biznes Mərkəzində “Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlim keçirilib.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli 220-05/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Mərkəz maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin edən qurumdur.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət satınalmalarına nəzarət sektoru bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) qanunvericiliyə uyğun olaraq müsabiqə və aşkarlıq əsasında satın alınmasına, qiymətlərin real bazar qiymətlərinə uyğunluğuna nəzarət edir, dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar tərəfindən dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi üçün tədbirlər həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ildə muxtar respublikada bütün dövlət pro­qramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub.


1 2
 
Əvvəlki yazılar        Növbəti yazılar