Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə nazirliyin Büdcə şöbəsinin müdir müavini – Yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun müdiri Səkinə Qəhrəmanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ordubad Rayon Maliyyə Şöbəsinin müdiri Əsgərov Bəxtiyar Səyyad oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200000 (iki yüz min) manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılsın.
2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
 1. Culfa rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
 2. Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
 3.1. bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və fəaliyyətini təmin etsin;
 3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.
 4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 16 yanvar 2020-ci il

Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır.
 Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi uşaq xəstəxanasının yaradılmasını zəruri etmişdir.
 Yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
 1. Publik hüquqi şəxs statuslu Ordubad Rayon Uşaq Xəstəxanası yaradılsın.
 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
 2.1. bu Sərəncamla yaradılan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 7 yanvar 2020-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alıram:
 1. 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilsin.
 -Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
 -Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
 -Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
 -Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
 -Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilsin və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılsın.
 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
 3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

VASİF TALIBOV 
Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri  
Naxçıvan şəhəri, 26 dekabr 2019-cu il

1 2 3
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası