1 fevral 2022-ci il tarixində Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı və maliyyə könüllülərinin  dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral - Gənclər Günü münasibətilə iştirakçıları  ürəkdən təbrik edib, Azərbaycanımızın tərəqqisi yolunda həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzu edib.

26-27 yanvar 2022-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində keçirilən növbəti təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar İdarələri, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi, “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi, Fəxri Xiyaban İdarəsi və digər təşkilatlarda çalışan 12 nəfər mütəxəssis cəlb olunub.


Ordubad rayon gənclərinin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda təlim təşkil olunub. Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə qazanc, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət olub. Təlim başlamazdan əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Səfərli iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
17-18 yanvar 2022-ci il tarixlərində Mərkəzdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Beynəlxalq standartlara uyğun olaraq memorial order forması  əsasında sintetik uçotun aparılması” mövzusunda növbəti təkmilləşdirici təlim keçirilib. İki gün, 4 tədris saatı müddətində planlaşdırılan təlimə muxtar respublikada fəaliyyət göstərən  büdcə təşkilatlarının hüquq mühafizə sahəsində çalışan 12 nəfər maliyyə və mühasibat işçisi cəlb edilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  keçirilən kollegiya iclasında maliyyə naziri Rafael Əliyev qeyd edib ki, dekabrın 29-da keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ətraflı təhlil edilib, qarşıya mühüm vəzifələr qoyulub. Sessiyada  “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib. Bununla əlaqədar Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai və yaradıcı mühitində fərqlənən istedadlı yeniyetmə və gənclərlə görüş keçirilib, ilin fəalları və uğurlu nəticələr qazanan idmançılar mükafatlandırılıblar.



Şada kəndində xidmət edən əsgərlərlə görüş zamanı maliyyə naziri Rafael Əliyev əsası ulu öndərimiz tərəfindən Naxçıvanda qoyulan həmrəylik və ordu quruculuğu siyasətinin bu gün ölkəmizdə uğurla davam etdirildiyindən danışıb.

1 ... 5 6 7 8 9 10 11 12 13 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası