“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. 


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  “Büdcə və əmək qanunvericiliyi” adlı  təkmilləşdirici iki günlük təlim keçirilib.
Maliyyə Tədris Mərkəzinin tədris zalında   keçirilən təlimə  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər büdcə təşkilatlarından 12 mühasibat işçisi dəvət olunub.  İki gün ərzində keçirilən təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

23 aprel 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşü keçirilib. Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq Sərəncamın muxtar respublikanın təhsil həyatında oynadığı əhəmiyyətli roldan bəhs edib.

23 aprel 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının tələbələri ilə görüşü keçirilib.
Tədbiri Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

“Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələr arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mühasibat uçotunun təşkilinin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova qeyd edib ki, dəyirmi masanın təşkilində məqsəd muxtar respublikanın müəssisə və təşkilatlarında mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkili və gələcək inkişaf istiqamətlərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlığın vəziyyətinin müzakirəsidir.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Səhiyyə müəssisələrində profilaktiki maliyyə nəzarətinin həyata keçirilməsi” adlı  iki günlük təlim keçirilib. Keçirilən təlimdə səhiyyə sahəsində çalışan 12 maliyyə-mühasibat işçisi iştirak edib.

1 ... 9 10 11 12 13 14 15 16 17 ... 45
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


www.onp.az

maliyye.onp.az

maliyye2.onp.az


APREL-SENTYABR