Naxçıvanın İnkişafı və Müdafiə Fonduna köçürülən vəsaitlər
 
 

 
 
XƏBƏR BLOKU



 
 
2020-ci ildən başlayaraq yeni büdcə təsnifatının tətbiq edilməsi ilə əlaqədar Təsnifatda 2018-ci ilin 11 oktyabr tarixində edilmiş əlavə və dəyişikliklərlə bağlı Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimə start verilib.    


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

“Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və “Maliyyə”  ixtisası tələbələri ilə keçirilən görüş 22 noyabr 2019-cu il tarixində baş tutub. Əvvəlcə Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə çıxış edərək keçirilən görüşlərin vacibliyini və əhəmiyyətini vurğulayıb.

Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşü keçirilib. Kollecin direktoru Asəf Ruşanov “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.

Maliyyə Nazirliyində əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlim keçirilib. Təlimə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 20 nəfər mütəxəssis cəlb edilib. Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris  Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox məktəblinin iştirak etdiyi təlimdə məktəbin direktoru Aynur Mustafayeva və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.

1 ... 7 8 9 10 11 12 13 14 15 ... 29
 
Əvvəlki yazılar        Növbəti yazılar